“Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

18 DEKABR 2018

“Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

18 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Hemofiliyada multidissiplinar yanaşma” mövzusu üzrə elmi-praktik seminar keçirildi.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, hemofiliya irsi qan xəstəliyidir və bu xəstəlikdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunurlar: “Eyni zamanda, hemofiliya nəticəsində əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi daim aktualdır, odur ki, bu xəstələrin müalicəsi ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması vacib məsələdir”. Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova dünyada təxminən 400 min insanın hemofiliya xəstəliyindən əziyyət çəkdiyini, onların 80 faizinin lazımi dərman preparatları ilə təmin olunmadığını, yalnız 20 faiz ölkələrdə hemofiliyalı xəstənin lazımi dərman preparatları ilə təmin edildiyini bildirdi: “2006-cı ildə Azərbaycan da bu 20 faiz ölkələrin sırasına daxil olunub. Hazırda bizim mərkəzdə 1621 hemofiliyalı xəstə dispanser qeydiyyata dayanıb və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstələr ev şəraitində, stasionar və ambulator şəraitdə müalicə alırlar”. Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Vüqar Şirzadov məlumat verdi ki, hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərə hərtərəfli dövlət qayğısı sayəsində hazırda xəstələrin həyat keyfiyyəti xeyli yaxşılaşmışdır. İranlı mütəxəssislər – Eşgi Peyman, Huriye Davudabadi Fərahani, Susan Ağamuhammadi, Behnaz Həbib Pənah seminar iştirakçılarına oynaq və sümük-əzələ sisteminin diaqnostikası üzrə fizioterapevtik xidmətin təşkili, xəstəliyin müalicəsində fizioterapevtik üsulların tətbiqi barədə ətraflı məlumat verdilər.

Geniş fikir mübadiləsi şəraitində keçən seminar qrup təqdimatları və məruzəçilərin şərhləri ilə yekunlaşdı.

Şəkillərlə burada tanış olmaq olar.