1-ci Azərbaycan Diabet Konqresi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

14 DEKABR 2018

1-ci Azərbaycan Diabet Konqresi keçirildi

14 dekabr 2018-ci ildə  Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası,  Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti, Respublika Endokrinoloji Mərkəzi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  birgə təşkilatçılığı ilə 1-ci Azərbaycan Diabet Konqresi keçirildi. İki plenar hissədən ibarət olan konqres çərçivəsində diabet xəstəliyi və müalicə yolları barədə  elmi məruzələr, çıxışlar dinlənildi, qrup təqdimatları, müzakirələr aparıldı.

Birinci plenar hissədə Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyәtinin sədri, tibb elmləri doktoru  Valeh Mirzәzadənin  “Azərbaycan diabetologiyası dünən, bu gün və sabah” və Tatarıstan Respublikasının Əməkdar həkimi, professor Eduard Yakupovun “Diabetik polineyropatiyaların Pandora qutusu” mövzusunda məruzələri  konqres iştirakçıları tərəfindən geniş təhlil olundu, dəyərləndirildi.  İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış edərək,  “QİX – risk faktorlarının öyrənilməsi (STEPS sorğusu)”  barədə iştirakçılara ətraflı məlumat verdi.

İkinci plenar hissədə Səhiyyə Nazirliyi tərəfindən  tövsiyə  olunan “Şəkərli diabetin idarə edilməsi üçün metodik tövsiyələr”i konqres iştirakçılarına təqdim edildi və diabet xəstəliyinin müalicəsində bariatrik-metabolik cərrahiyyənin rolu ilə bağlı müzakirələr aparıldı.