• Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MAARİFLƏNDİRMƏ MATERİALLARI

Bu bölmədə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanmış və ümumi əhali, o cümlədən əhalinin xüsusi qrupları (məsələn, şagirdlər, tələbələr, valideynlər, müəllimlər, reproduktiv yaşda olan qadınlar, pasiyentlər və s.) üçün nəzərdə tutulmuş maarifləndirici çap materialları jpg və ya pdf formatında yerləşdirilib. Materiallarda xəstəliklərin risk faktorları və onların profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ekologiya və sağlamlıq, narkomaniya, yol təhlükəsizliyi kimi vacib problemlərlə bağlı faydalı və sübutlu məlumatlar əks olunub. İSİM mütəmadi olaraq kommunikasiya kampaniyalarının və tədbirlərin keçirilməsində həmin çap materiallarını, həmçinin praktik həkim və müəllimlərin işində geniş istifadə ediləcək maarifləndirmə materiallarını (bukletlər, plakatlar, broşürlər, vərəqələr, təqvimlər və s.) çapa hazırlayır.