• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

HAQQIMIZDA

Struktura bax 

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən - səhiyyədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. İslahatların səmərəliliyinin artırılması və ümumiyyətlə ictimai səhiyyənin müvəffəqiyyətli təşkili üçün mükəmməl elmi-nəzəri bazanın mövcud olması zəruri şərtlərdən biridir. Buna görə də 2006-cı ilin sentyabrında Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyevin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə qərarı səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım oldu.

İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin xidmətlərinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin fəaliyyətinə aid olan - sağlamlığa birbaşa və ya dolayı yollarla təsir edən amillərə nəzarət, ətraf mühitin mühafizəsi məsələləri, sağlam həyat tərzinin təbliği və dəstəklənməsi, sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün strategiyaların, səhiyyə proqramlarının hazırlanması, əhalinin tibbi xidmətlərlə təminatında sosial bərabərliyin təmin edilməsi, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektləri əhatə edən mütəşəkkil fəaliyyətlər nəzərdə tutulur. “İctimai səhiyyə insanların sağlam olması üçün tələb olunan şəraitin təmin edilməsi işində yerli, dövlət, milli və beynəlxalq resursların səfərbər edilməsi və əlaqələndirilməsi deməkdir” (Detels & Breslow, 2002).

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əsasnaməsi də məhz bu konsepsiyanın başlıca məqamlarını özündə əks etdirir. Beləliklə, İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Eyni zamanda İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təklifləri hazırlayır.

İSİM-in strukturu da məhz bu məqsədlərə nail olunması nəzərə alınmaqla təşkil edilmişdir.
İSİM-də aşağıdakı şöbələr fəaliyyət göstərir:

  • Səhiyyə siyasəti və planlaşdırma şöbəsi
  • Səhiyyə kommunikasiyası şöbəsi
  • Tibbi keyfiyyət standartları şöbəsi
  • Layihələrin əlaqələndirilməsi şöbəsi
  • Təlim-resurs şöbəsi
  • İctimai sağlamlıq şöbəsi
  • İlkin səhiyyə və ailə təbabəti şöbəsi
  • Statistika, monitorinq və təhlil şöbəsi 
  • Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsi
  • Akkreditasiya şöbəsi
  • Sertifikasiya   şöbəsi
  • Elektron standartlar (Nəşriyyat)

İSİM öz kadr ehtiyatları ilə unikal bir səhiyyə təşkilatıdır. Mərkəzdə tibb işçiləri ilə yanaşı digər ixtisaslı mütəxəssislərin, o cümlədən hüquqşünas, iqtisadçı, memar, ekoloq, mühəndis, psixoloq, səhiyyə kommunikatoru, sosioloq və jurnalistlərin də fəaliyyət göstərməsi ictimai səhiyyə anlayışına müasir yanaşma ilə səsləşir. Belə çoxixtisaslı heyətin yaradılması, şübhəsiz, ictimai səhiyyə sahəsində layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

İSİM cəmi bir neçə ildir ki, fəaliyyət göstərdiyi üçün onun institusional inkişafı və əməkdaşlarının peşəkar təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Burada ictimai səhiyyə, tibb müəssisələrinin idarə edilməsi, səhiyyə iqtisadiyyatı, sübutlu təbabət, epidemiologiya və biostatistika, səhiyyə kommunikasiyası və s. mövzularda yerli və beynəlxalq aparıcı mütəxəssislərin iştirakı ilə daim təlimlər keçirilir. Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ümumdünya Səhiyyə Təşkilatı, UNISEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrdə İSİM-in iştirakı da onun əməkdaşlarının təcrübələrinin artmasına kömək edir.



HAQVERDİYEV
Qəhrəman Oktay oğlu
Direktor
MƏMMƏDOV
Rauf Müslümoviç
Direktorun birinci müavini
MƏMMƏDOV
Rahib İbrahiməli oğlu
Direktorun müavini
ŞAHMAROV
Əliheydər Əli oğlu
Direktorun təsərrüfat işləri üzrə müavini
RÜSTƏMOV
Aris Sədi oğlu
Kadrlar şöbəsinin müdiri
MƏMMƏDOV
Abuzər İfrat oğlu
Baş mühasib
RÜSTƏMOVA
Fidan Aris qızı
Baş hüquqşünas
Səhiyyə siyasəti
və planlaşdırma şöbəsi
Şəhla Mirzəzadə - Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri
Statistika, monitorinq və təhlil şöbəsi İnara Makayeva - Statistika, monitorinq və təhlil şöbəsinin müdirinin müavini Səhiyyə kommunikasiyası şöbəsi Laura Quliyeva - Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Akkreditasiya şöbəsi Sertifikasiya şöbəsi Elektron standartlar (Nəşriyyat) İctimai sağlamlıq şöbəsi Tofiq Musyaev - İctimai sağlamlıq şöbəsinin müdiri İlkin səhiyyə və ailə təbabəti şöbəsi Lütfi Qafarov - İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Layihələrin əlaqələndirilməsi şöbəsi Səbinə Babazadə - Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Tibbi keyfiyyət standartları şöbəsi Şəhla İsmayılova - Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Təlim-resurs şöbəsi Kamila Kərimova - Təlim-resurs şöbəsinin müdiri Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsi Samir Mehdiyev - Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsinin müdiri Təsərrüfat xidməti Kadrlar şöbəsi Mühasibatliq