Bakı Slavyan Universitetində reproduktiv sağlamlıqla bağlı maarifləndirindirici görüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 DEKABR 2018

Bakı Slavyan Universitetində reproduktiv sağlamlıqla bağlı maarifləndirindirici görüş keçirildi

19 dekabr 2018-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Bakı Slavyan Universitetində “Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırmasına dair biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi” mövzusunda maarifləndirindirici tədbir təşkil etdi.

Universitetin Tibbi biliklərin əsasları və mülki-müdafiə kafedrasının müdiri Pərvanə Cəfərova tədbiri giriş sözü ilə açaraq, tibbi maarifləndirmə işinin aparılmasının əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynadığını bildirdi. Universitetin Təlim-tərbiyə üzrə prorektoru Xanım Sultanova ictimai səhiyyənin əhəmiyyətini, lazımi profilaktika və məlumatlılıq sayəsində bir sıra xəstəliklərdən uzaq olmağın mümkünlüyünü vurğuladı. İSİM-in həkim-metodisti Lətafət Dadaşova tələbələr qarşısında geniş təqdimatla çıxış edərək, onlara reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar, o cümlədən abortların qadın sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verdi. O, gənc nəslə daha məsuliyyətli olmağı, səhhəti ilə bağlı məsələlərə biganə yanaşmamağı tövsiyə etdi.

Yekunda mövzu ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.