İSİM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində KİV üçün dəyirmi masa keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

31 YANVAR 2017

İSİM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində KİV üçün dəyirmi masa keçirildi (FOTO)

30 yanvar 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin  gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir təşkil olundu. Bu dəfə media nümayəndələrini bir araya toplayan tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün yaradılmış Texniki Məsləhətçi Qrupu (TMQ) jurnalistlərlə bərabər  tütün istehlakının zərərli təsiri barədə ictimaiyyətə düzgün məlumatları çatdıraraq, tütün epidemiyasına qarşı aparılan mübarizənin təməlini təşkil edən məqsədyönlü siyasətin formalaşdırılması istiqamətlərini açıqladılar.

Tədbir iştirakçılarını salamlayan İSİM-in direktor müavini Rahib Məmmədov ictimai səhiyyə sahəsində İSİM-in apardığı bütün fəaliyyətlərdə medianın dəstəyinin böyük olduğunu və ələlxüsus da, tütünlə mübarizə istiqamətində İSİM tərəfindən ötürülən məlumatların KİV tərəfindən əhaliyə çatdırılmasını, bu problemə onlar tərəfindən olan diqqəti xüsusi vurğuladı. “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi” layihəsinin məqsəd və vəzifələri barədə məlumatı isə media nümayəndələrinə İSİM-in Əhalinin sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev çatdırdı. O, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununun çox peşəkarcasına  hazırlanmasına və hər tərəfli bir sənəd olmasına baxmayaraq, onun bəzi maddələrinin təkmilləşdirilməsinə ehtiyac olduğunu və qadağaların qismən yox, tam  olmalı olduğunu vurğuladı. “Əsas Qanunun tətbiqi məsələsidir ki, o da həyatda öz əksini tapmalıdır” deyə T.Musayev bildirdi. O, hazırkı tədbirin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinə əsasən  Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının ”Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası” maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud qanunvericilik bazasının gücləndirilməsi istiqamətində atılan daha bir addım olduğunu da vurğuladı.

Daha sonra  İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov öz təqdimatı ilə tədbir iştirakçılarının diqqətini “Dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü, tütün epidemiyasının problemləri, prioritetləri və nailiyyətləri”nə yönəltdi. İldən ilə bütün dünyada və həmçinin ölkəmizdə tütünün yaratdığı xəstəliklərdən və qeyri-infeksion xəstəliklərin digər risk faktorlarından ölüm hallarının artdığını bildirən natiq insanların davranış tərzlərini dəyişməklə bir çox hallarda bunların qarşısını almağın mümkün olduğunu bildirdi və məhz buna görə İSİM-in də səhiyyə qurumu olaraq, bu problemə olan diqqətinin böyük olduğunu dedi. Tədbirdə nümayiş olunan layihə çərçivəsində İSİM tərəfindən geniş ictimaiyyət arasında həyata keçirilmiş və nəzərdə tutulmuş aksiyalar, İSİM-in “Tütünçəkmədən imtina kabineti və qaynar xətt” pilot layihəsinin hesabat xarakterli təqdimatları media nümayəndələrin marağına səbəb oldu.

Təqdimatlardan sonra tədbirin digər iştirakçılarının çıxışları baş tutdu. Dəyirmi masa iştirakçısı olan Helsinki Vətəndaş Assambleyasının Azərbaycan şöbəsinin üzvü, 8 nömrəli Şəhər Poliklinikasının baş həkimi Tamilla Kərimova müxtəlif qurumların tütünlə mübarizədə birgə səylərinin və bu istiqamətdə atılan addımların daimi və sistemli xarakter daşımalı olmasının vacibliyi haqda danışdı. O, tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində hökumət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayan KİV-lərə bu mübarizədə xüsusi yer ayrıldığını qeyd etdi. Digər qonaq ASAN Könüllüləri Təşkilatının sədr müavini Rəbiyyə Cəfərova da gənc könüllülərin tütünlə mübarizə sahəsinə olan marağından və İSİM-lə birgə bu istiqamətdə atılan addımlar, həyata keçirilən layihələr haqqında danışdı. Media nümayəndələri də öz növbəsində çıxışlar etdilər. Tütünlə mübarizədə KİV-in rolu haqda Azərtac Azərbaycan Dövlət İnformasiya Agentliyinin nümayəndəsi Əziz Məmmədov danışdı. Bu mübarizədə KİV olaraq onların üzərinə düşən məsuliyyəti qeyd edən jurnalist daim İSİM-in bu və digər mövzuda keçirilən tədbirlərində iştirak etməyə çalışdığını qeyd etdi.

Tədbirin sonunda yekun sözü ilə dəyirmi masa iştirakçılarına müraciət edən direktor müavini R. Məmmədov media nümayəndələrinə əhalinin sağlamlığının qorunması işində  İSİM-ə daim dəstək olduqları üçün təşəkkürünü bildirdi.    

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.