“Gənclər arasında piylənmə və artıq çəki” mövsuzunda onlayn formatlı mühazirə baş tutdu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

1 FEVRAL 2017

“Gənclər arasında piylənmə və artıq çəki” mövsuzunda onlayn formatlı mühazirə baş tutdu

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlığının 2017-ci il üçün ilk tədbiri həyata keçirildi. 31 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron Hökumət" Təlim-Tədris Mərkəzində “Gənclər arasında piylənmə və artıq çəki” mövsuzunda videokonfrans keçirildi. Eyni zamanda Qusar, Qazax, Göyçay, Şirvan, Şamaxı, Şəki rayonlarından olan məktəblilərin, müəllim və valideynlərin, həmçinin tibb işçilərinin qoşulduğu videokonfransda İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov, Tibbi keyfiyyət standartları şöbəsinin meneceri Nərmin Əliyeva, Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova iştirak etdilər.

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş mühazirə gənclərin sağlam qidalanmaya dair biliklərinin artırılmasına, piylənmənin fəsadları haqqında məlumat əldə etmələrinə yönəlmişdi.

İSİM-in nümayəndələri geniş auditoriya qarşısında maarifləndirici mühazirə ilə çıxış edərək gənclərə müasir cəmiyyətin ciddi tibbi-sosial və iqtisadi problemi olan piylənmənin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verdilər. Onlar fiziki aktivliyin və sağlam qidalanmanın gənclərin həyatındakı əhəmiyyətindən, sağlam həyat tərzi sürməyin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirlərindən danışdılar. N. Seyidov mübadilə proseslərinin pozulması nəticəsində orqanizmdə piyin dərialtı və digər toxumalarda toplanması və bədən kütləsinin artması ilə xarakterizə edilən piylənmənin səbəb olduğu bir neçə xəstəlik, xüsusən diabet haqqında gəncləri məlumatlandırdı. Hətta inkişaf etmiş ölkələrdə belə şəhər əhalisi arasında piylənmənin ictimai sağlamlığa təhlükə olduğunu qeyd etdi. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən natiq iştirakçıları maraqlandıran sualları cavablandırdı. Daha sonra İSİM-in digər əməkdaşı Nərmin Əliyeva gənclərə sağlam həyat tərzi, sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın  əsas prinsipləri, zərərli vərdişlərdən uzaq olma haqqında məlumatlar verdi.

Mühazirənin sonunda iştirakçılar çıxışlarla bağlı bəzi  məqamları müzakirə etdilər.