İtaliyanın ictimai səhiyyə institutu olan Istituto Superiore di Sanita ilə İSİM arasında imzalanmış memorandum çərçivəsində ilk işgüzar görüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 YANVAR 2017

İtaliyanın ictimai səhiyyə institutu olan Istituto Superiore di Sanita ilə İSİM arasında imzalanmış memorandum çərçivəsində ilk işgüzar görüş keçirildi

24 yanvar 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İtaliyanın aparıcı ictimai səhiyyə institutu - Istituto Superiore di Sanitanın (İSS) professoru Peter Kombonun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirildi, perspektivli əməkdaşlıq sahələri və birgə layihələrə dair müzakirələr aparıldı.

Bu tədbir 2016-cı ildə İSİM ilə İSS arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ilk görüş oldu. Memorandumun əsas məqsədi çirklənmiş, sağlamlıq üçün riskli sayıla bilən ərazilər və sağlamlığa təsir edən ətraf mühit faktorları barədə əhalinin məlumatlanmasını təmin etmək, inkişaf və çoxşaxəli yanaşma əsasında ətraf mühit və sağlamlıq mövzularında əhali arasında sorğular, araşdırmalar və elmi tədqiqatların aparılmasını dəstəkləmək və təşviq etməkdir. Bu Anlaşma Memorandumuna əsasən tərəflər əməkdaşlıq çərçivəsində ətraf mühitin sağlamlığa təsiri və bu təsirin qarşısının alınması sahəsində müxtəlif təlim kurslarının keçirilməsini, Avropa ölkələrinin aparıcı tibb ocaqları ilə birgə layihə və seminarların təşkilini, elmi sübutlara əsaslanan beynəlxalq tibbi elmi ədəbiyyatın ölkə mütəxəssisləri üçün əlçatan edilməsini təmin edəcək, ekoloji epidemiologiya sahəsində birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsini dəstəkləyəcəklər.  Memoranduma görə Azərbaycan alimlərinin İSS-yə və İtaliya alimlərinin İSİM-ə səfərləri təşkil ediləcək və Avropada İSS tərəfindən koordinasiya edilən ”Sənaye sahələrində çirklənmiş ərazilər və səhiyyə şəbəkəsi”ndə  Azərbaycanın iştirakı təmin ediləcəkdir.

İSİM-in adından qonaqları salamlayan Mərkəzin direktoru Ceyhun Məmmədov ictimai səhiyyə sahəsində tədqiqatlar, geniş əhalinin maarifləndirilməsi, əhalinin sağlamlığına təsir edən neqativ amillərin müəyyən edilməsi və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacid olduğunu bildirdi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilərək Azərbaycanda da tətbiqinin əhəmiyyətini qeyd etdi. Memorandumun imzalanmasından çox az vaxt keçdiyinə baxmayaraq bu istiqamətdə artıq əməli tədbirlərin görülməsinə başlandığı üçün məmnun olduğunu qeyd etdi və əməkdaşlığın sürətlə inkişaf edəcəyinə əminliyini bildirdi. 

Görüşdə professor Kombo İSS-nin idarə etdiyi və Avropa Birliyinin dəstəklədiyi COST Action proqramı barədə ətraflı məlumat verdi və Azərbaycanın bu layihədə İSİM tərəfindən təmsil olunacağını yüksək dəyərləndirdi. Ümumiyyətlə, ətraf mühitin sağlamlığa təsirini qlobal problem kimi vurğulayan qonaqlar bunun ictimai səhiyyə üçün ciddi bir prioritet olduğunu bildirdilər.