14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

14 İYUN 2023

14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhərində, əhalinin sıx olduğu məkanda 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr edilmiş təşviqat aksiyası keçirildi. Aksiyanın təşkilində məqsəd könüllü qan donorluğunu təbliğ və təşviq etmək, bu sahədə əhalini məlumatlandırmaq idi. Aksiya zamanı bir daha vurğulandı ki, başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını vermək xeyirxah və mərhəmətli bir addımdır. İctimaiyyətin diqqətini təhlükəsiz qan və qan komponentlərinə olan tələbata cəlb edən aksiya iştirakçıları ilə maarifləndirici söhbət aparıldı, onları maraqlandıran suallara – kim qan donoru ola bilər, donor olmaq üçün nə etmək lazımdır və s. cavab verildi. İştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Qan ver, donor ol!”,  “Qan ver, həyatı xilas et”,  “Qan damlasının bir insandan başqasına səyahəti”, “Kim qan donoru ola bilər?” adlı buklet və vərəqələr, maarifləndirici materiallar paylanıldı, onlara sağlamlığın qorunması istiqamətində faydalı tövsiyələr verildi.

Şəkil