İSİM festivalda iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

12 İYUN 2023

İSİM festivalda iştirak etdi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 11 iyun 2023-cü ildə Bakı İdman Sarayında keçirilən  “GameSummit” oyun festivalında iştirak etdi. Azərbaycan və beynəlxalq kompüter, mobil oyunlar və bu oyunun tərtibatçıları ilə tanış olan iştirakçılara sağlam həyat tərzinin təbliği məqsədilə məktəblilərin internet portalı üçün İSİM tərəfindən yaradılmış maarifləndirici kompüter oyunları da təqdim olundu. Sağlam və düzgün qidalanmağı, zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi seçməyi tövsiyə edən, qeyri-infeksion xəstəliklərin əsas risk amillərindən uzaq olmağı təbliğ edən bu maarifləndirici oyunlar məktəblilər və onların valideynləri tərəfindən maraqla qarşılandı. Tibbi maarifləndirmə məqsədilə İSİM tərəfindən əhali üçün yaradılan “Tütündən imtina et”, “Sağlam qida”, “Şəkərli diabet”, “Ürəyinizi qoruyun” və digər mobil tətbiqlər də iştirakçılara təqdim olundu.

Şəkil