İSİM festivalda fəal iştirakına görə təltif olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

6 İYUN 2023

İSİM festivalda fəal iştirakına görə təltif olundu

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda  keçirilən “Xilasetmə” festivalında fəal iştirakına görə  “Təşəkkürnamə” ilə təltif olundu. Azərbaycan xalqının Ulu öndərinin xatirəsini yaşatmaq,  gənclərin elmə marağını artırmaq məqsədilə keçirilən festival xilasetmə sahəsində elmi yanaşmaların öyrənilməsi, yeni çağırışların müzakirə edilməsi istiqaməti üzrə xilasetmə və təhlükəsizlik sahələrində elmi nailiyyətlərin sərgilənməsi, milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması ilə yadda qaldı. FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Radiasiya Problemləri İnstitutunun Baş direktoru, professor İslam Mustafayevin iştirakı ilə keçən festivalda İSİM və digər qurumlar təmsil olunurdu. Festivalda FHN, Daxili İşlər Nazirliyi olmaqla müxtəlif qurumlar – Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri və Radiasiya Problemləri İnstitutu, Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutu, respublikanın 15-ə yaxın  ali təhsil müəssisələri,  habelə kommersiya və ictimai təşkilatların nümayəndələri iştirak etdilər.

Festival çərçivəsində nümayiş olunan sərgidə iştirakçılar FHN-ə məxsus xüsusi təyinatlı texnika və avadınlıqlar, o cümlədən   müxtəlif təhsil müəssisələri, dövlət və özəl şirkətlər tərəfindən quraşdırılmış stendlərlə tanış oldular.