Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım üzrə keçiriləcək təlimlərin müzakirəsi aparıldı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

27 DEKABR 2022

Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım üzrə keçiriləcək təlimlərin müzakirəsi aparıldı

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 27 dekabr 2022-ci il tarixdə İSİM mütəxəssislərinin, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanovanın, mama-ginekoloqların iştirakı ilə 2023-cü ilin başlanığıc aylarında keçiriləcəyi nəzərdə tutulan mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım üzrə təlimlərin müzakirəsi aparıldı.

Həkim ginekoloq və mama-ginekoloqlar üçün keçiriləcək təlimlərdə iştrakçılar mamalıqda baş verə biləcək ağırlaşmaların qarşısını almaqda yeni təcrübələri  öyrənəcək, təcili vəziyyətlərdə daha effektiv müdaxilə prinsiplərinə yiyələnəcək və son tədqiqatlara əsaslanan müasir təxirəsalınmaz yardımın əsaslarından məlumat alacaqlar.

Eyni zamanda növbəti ildə “Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz  yardım” adlı təlimat kitabının yenilənəcəyi gözlənilir. Təlimat Amerika Ailə Həkimləri Akademiyası (AAFP) Viskonsin Universitetinin Ailə Təbabəti Departamenti və 1991-ci ildə yaradılmış ailə həkimləri, mama-ginekoloqlar və tibb bacılarından ibarət ALSO İnkişaf Qrupu tərəfindən hazırlanan təlimatın əsasındadır. Təlimatda dölün intranatal monitorinqi, vaxtından əvvəl doğuş və doğuşdan əvvəl döl qişalarının cırılması, hamiləlik dövründə hipertenziv vəziyyətlər, qanaxma, doğuşun distoniyası, sepsis, qeysəriyyə kəsiyi və digər mövzular yer alır.