Orta məktəblərdə aparılan sorğuların nəticələri müzakirə olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

29 DEKABR 2022

Orta məktəblərdə aparılan sorğuların nəticələri müzakirə olundu

29 dekabr 2022-ci il tarixdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən orta  məktəblər arasında  keçirilən sorğuların nəticələri müzakirə olundu.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, İSİM tərəfindən keçirilən sorğuların və maarifləndirilmə işlərinin uğurlu nəticələrindən danışdı. O bildirdi ki, məktəblilərin sağlamlıqlarının qorunması və xəstəliklərin profilaktikası istiqamətində aparılan işlər gənc nəslin sağlam formalaşmasına kömək edəcək və öz uğurlu töhfələrini verəcək.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi  barədə geniş təqdimatla çıxış etdi. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlamlıq biliklərini formalaşdırmaq, zərərli vərdişlərdən uzaq olmağa çağırmaq, sağlam olmayan həyat tərzi səbəbindən orqanizmdə baş verə biləcək fəsadları diqqətə çatdırmaq idi.

İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev çıxış edərək bildirdi ki, 2022-ci ilin fevral-mart aylarında keçirilən sorğu tədqiqatı Bakı şəhərinin 10 ümumtəhsil məktəbində pedaqoji heyət arasında keçirildi və sağlam həyat tərzinin əsaslarına dair gənc nəslin məlumatlandırılması istiqamətində təhsil işçilərinin fikir və təklifləri öyrənildi.

Sonda keçirilən sorğular və gələcək planlar barəsində geniş fikir mübadiləsi aparıldı.