Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsinə həsr olunmuş interaktiv tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

24 NOYABR 2022

Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsinə həsr olunmuş interaktiv tədbir keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə 24 noyabr 2022-ci ildə “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda interaktiv tədbir keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə təşkil olunan tədbirin məqsədi antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması istiqamətində maarifləndirilmənin aparılması idi.

ATU-nun İctimai səhiyyə fakültəsinin tələbələri, müəllimləri və dekan müavini Qalina Qəniyevanın iştirakı ilə keçən tədbiri giriş sözü ilə fakültənin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri dosent İbrahim Əhmədov  açaraq bu sahədə aparılan təbliğat və təşviqat tədbirlərinin əhəmiyyətini vurğuladı: “Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi antibiotiklərdən lüzumsuz istifadənin qarşısını almaq və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunmasına nail olmaqdır”.

İSİM-in Təlim-resurs şöbəsinin həkim-metodisti Pərvin Quliyeva “Antibiotiklər. Miflər və həqiqətlər” mövzusunda geniş təqdimatla çıxış edərək bildirdi ki, antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biridir: “Dünyada təxminən hər il 700 min insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriya ilə yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa Birliyinin payına düşür. Mikrob əleyhinə müqavimətlə mübarizə üçün “Bir Sağlamlıq” yanaşması qəbul edilib. Bu, regionda və dünyada antibiotiklərlə bağlı real inkişafa nail olmaq üçün yeganə üsul hesab edilir. “Bir Sağlamlıq” yanaşmasına əsasən, insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit bir-biri ilə sıx əlaqədədir”. Tədbir “Antibiotiklər barədə maraqlı məlumatlar” mövzusunda interaktiv oyunla davam etdi. Tələbələr antibiotiklərin düzgün istifadəsi ilə bağlı sualları cavablandıraraq mövzuya dair geniş məlumat əldə etdilər.

Yekunda qaliblərə və iştirakçılara xatirə hədiyyələri və maarifləndirici materiallar təqdim olundu.