Azərbaycanda uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair tədqiqatın illik hesabatı ilə bağlı dəyirmi masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

7 DEKABR 2022

Azərbaycanda uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair tədqiqatın illik hesabatı ilə bağlı dəyirmi masa keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 7 dekabr 2022-ci il tarixdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı illik hesabata dair dəyirmi masa keçirildi

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair aparılan və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədqiqatla bağlı ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizdə  belə bir tədqiqatın aparılması məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaların araşdırılması, prioritet istiqamətlərin müəyyən edilməsi, mövcud durumun mütəmadi qiymətləndirilməsi istiqamətində mühüm addımdır.

İSİM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov geniş təqdimatla çıxış edərək nəzərə çatdırdı ki, 2022-ci ildə keçirilən sorğu Bakı şəhəri və regionlardan olan 128 məktəbdən 4820 nəfər arasında aparılıb: “Tədqiqatda iştirak təklifi almış uşaqların 99,2%-i iştirak edib ki, onlardan 2827 nəfəri 8 yaş təşkil edib”.

Dəyirmi masada tədqiqatın gedişatı ilə bağlı ilkin (texniki) hesabat dinlənildi və müzakirə edildi. Bildirildi ki, əsas geniş analitik hesabat gələn ilin əvvəlində təqdim olunacaq.

Qeyd edək ki, məktəbyaşlı uşaqlar arasında artıq çəki və piylənmənin artması dünyanın bir çox ölkələrində qlobal ictimai səhiyyə problemi kimi təsnif edilir və hazırda ölkəmizdə aparılan bu tədqiqat ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə həyata keçirilir. 

Şəkillər