• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

28 OKTYABR 2022

Məktəbli uşaqların qidalanması və qurd xəstəliklərinə qarşı maarifləndirici tədbir keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 27 oktyabr 2022-ci ildə Bakı şəhəri 42 nomrəli tam orta məktəbdə məktəbli uşaqların qidalanması və qurd xəstəliklərinə qarşı maarifləndirici tədbir keçirildi.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini, həkim Lətafət Dadaşova “Qurd xəstəliklərinin profilkatikası” mövzusunda geniş təqdimatla çıxış edərək qurd xəstəlikləri və onların yarada biləcəkləri fəsadlar barədə ətraflı məlumat verdi. O bildirdi ki, bu xəstəlik daha çox 5-14 yaşlı uşaqlar arasında müşahidə olunur və müalicə edilmədikdə bir sıra problemlərə, o cümlədən boyatma göstəricisinə, mənimsəmə qabiliyyətinə və azqidalanmaya, qəbizliyə, qan azlığı kimi xəstəliklərə gətirib çıxara bilər.

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Gülnarə Cəfərova “Məktəbli uşaqların qidalanması” mövzusu üzrə​ təqdimatla çıxış edərək, uşaq və yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyətindən söz açdı, gənc nəslin düzgün və balanslı qidalanması ilə bağlı tövsiyələri nəzərə çatdırdı.

Yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olundu.