• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

2 NOYABR 2022

Məktəblilər sağlam qidalanma və onurğa xəstəlikləri ilə bağlı məlumatlandırıldı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2 noyabr 2022-ci ildə Bakı şəhəri 232  nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi.

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təşkil olunan tədbirdə məqsəd məktəbliləri sağlam qidalanma və onurğa xəstəlikləri ilə bağlı məlumatlandırmaq idi.

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Gülnarə Cəfərova “Məktəbli uşaqların qidalanması” mövzusu üzrə təqdimatla çıxış edərək bildirdi ki, məktəbəqədər və məktəbyaşlı uşaqlar hər gün ən azı dörd dəfə qida qəbul etməli, qida qəbulları arasında meyvə və tərəvəzlər yeyilməlidir.

İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova “Düzgün qamət. Skoliozun profilaktikası” mövzusunda geniş təqdimatla çıxış etdi. O bildirdi ki, məktəbyaşlı uşaqlarda bu problemə daha çox rast  gəlinməsi ağır çantaların birtərəfli daşınması, fiziki fəallığın az olması ilə bağlıdır.

Məktəblilərə sağlam həyat tərzi sürmək, düzgün qidalanmaq, fiziki aktiv olmaq tövsiyə olundu.

Yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olundu.

 

Şəkillər