• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

6 NOYABR 2022

İnternat məktəblərində maarifləndirici tədbirlər keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən 25 oktyabr-3 noyabr tarixdə Bakı və Sumqayıt şəhərlərindəki internat məktəblərində sağlam həyat tərizinin təbliği üzrə maarifləndirici tədbirlər keçirildi.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli Tam orta internat məktəbi, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli Xüsusi internat məktəbi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 5 nömrəli Respublika Xüsusi internat məktəbi, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi, 8 və 10 nömrəli Sanatoriya tipli internat məktəbi, E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi internat məktəbi, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, Sumqayıt şəhər internat tipli gimnaziya və M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya şagirdləri zərərli vərdişlərə qarşı, qurd xəstəlikləri, sağlam qidalanma, ağız boşluğunun gigiyenası, kobud davranış və digər mövzular üzrə faydalı məlumatlar, tövsiyələr əldə etdilər.
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təşkil olunan tədbirlərdə İSİM-in mütəxəssisləri Ülkər Camalova, Lətafət Dadaşova, Zümrüd Kazımova, Pərvin Quliyeva və Gülnarə Cəfərova geniş təqdimatla çıxış edərək, iştirakçılara sağlamlığın qorunması istiqamətində ətraflı məlumat verdilər.
Tədbirlərin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olundu.
 
Şəkillər