“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

23 NOYABR 2020

“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Noenatal Komissiyası, Ankara Universiteti və ABŞ-ın Vanderbilt Universitetinin birgə əməkdaşlığı, “Uptodate in Medicine”nın təşkilatı dəstəyi ilə 18-20 noyabr 2020-ci ildə “Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirildi. Ənənəvi olaraq hər il keçirilən konqresdə Azərbaycan ekspertləri ilə yanaşı, Türkiyə və ABŞ-ın neonatologiya sahəsində aparıcı mütəxəssisləri də iştirak etdilər.

Canlı vebinar formatında keçirilən beynəlxalq konqresin təşkilində məqsəd – ana və uşaq sağlamlığının qorunması istiqamətində pediatr, neonatoloq, mama-ginekoloq, ailə həkimi, terapevt, o cümlədən digər ixtisaslı tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin yerli tibb işçilərimizi müasir beynəlxalq təcrübə ilə tanış etməkdir.

Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov konqresi giriş sözü ilə açaraq, yenidoğulanların sağlamlığına ölkəmizdə göstərilən diqqət və qayğının yüksək səviyyədə  olduğunu vurğuladı. O, beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən, ən müasir müalicə protokollarının adaptasiyadan sonra tətbiqindən danışaraq, türk və amerikalı mütəxəssislərə dəstəyə görə təşəkkürünü bildirdi. Türkiyənin tanınmış neonatoloqlarından olan professor Ömer Erdeve konqresin təşkilində ənənəvi olaraq artıq 4-cü ildir iştirak etdiyindən və həmkarları ilə birgə Türkiyənin təcrübəsini Azərbaycan və ABŞ mütəxəssislərlə paylaşmaqdan, eyni zamanda maraqlı müzakirə aparmaqdan dərin məmnunluq hissini bildirdi.

Konqresin video yazısı distant təhsil portalı olan www.ecourses.az portalında yerləşdiriləcək.

Qeyd edək ki, konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 12 DTT kredit balı ilə qiymətləndirilib.