• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

21 DEKABR 2020

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair təlimlər keçirildi

BMT-nin Əhali Fondunun (UNFPA) dəstəyi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) tərəfindən 11-18 dekabr 2020-ci il tarixdə onlayn təlimlər keçirildi. Təlimlər COVID-19 pandemiyası şəraitində ana və uşaqların sağlamlığının yaxşılaşdırılması məqsədi ilə təşkil olunmuşdu.

Antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün nəzərdə tutulan təlimlər UNFPA-nın dəstəyi ilə bu ilin mart-aprel aylarında Azərbaycan dilinə tərcümə edilərək hazırlanan perinatal diaqnostika üzrə kilinik protokollar əsasında keçirildi.

Təlimlər İSİM-in əməkdaşı, səhiyyənin təşkili və ictimai sağlamlıq üzrə həkim-mütəxəssis Vəfa Ağayeva və ETMGİ-nin doktorantı, mama-ginekoloq Aysel Bəyişova tərəfindən aparıldı.

Təlimlərdə Bakı şəhəri üzrə 11 doğum evi və qadın məsləhətxanası olmaqla 200-ə yaxın tibbi tibb işçisi iştirak etdi. 

COVID-19 pandemiyası şəraitində mamalıq xidməti göstərənlər üçün rəhbər prinsiplər iştirakçıların nəzərinə çatdırıldı, o cümlədən  koronavirus infeksiyası dövründə abortun icra olunması zamanı tibbi xidmətin göstərilməsi, pandemiya dövründə hamiləlikdə ultrasəs müayinəsi və antenatal skrininqi, erkən hamiləlik xidmətlərini rasionallaşdırmaq istiqamətində tövsiyələr verildi.

Qeyd edək ki, təlimlər “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 3.2. “Perinatal diaqnostika üzrə klinik protokolların hazırlanması və antenatal yardımı xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün müvafiq təlimlərin keçirilməsi” bəndinin icrası istiqamətində həyata keçirildi.