• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

15 MAY 2019

Azərbaycan Dillər Universitetində 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar maarifləndirici görüş oldu

15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirildi.

Tədbiri Universitetin Mülki müdafiə və tibbi biliklərin əsasları  kafedrasının baş müəllimi Sədaqət Musayeva açaraq bildirdi ki, tibbi maarifləndirmə işinin aparılması əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynayır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova ailələri narahat edən problemlər və onların həlli istiqamətində ölkəmizdə görülən işlərdən söz açdı. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova geniş təqdimatla çıxış edərək, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması, abortların fəsadları barədə ətraflı məlumat verdi. Mütəxəssis gənc nəslə daha məsuliyyətli olmağı, səhhəti ilə bağlı məsələlərə biganə yanaşmamağı tövsiyə etdi. O bildirdi ki, gənclərin reproduktiv sağlamlıqlarına vaxtında məsuliyyətlə yanaşması gələcəkdə sağlam övladların dünyaya gəlməsi, ana və uşaq ölümlərinin azalması deməkdir. Sonra 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar olaraq, hamilə xanımlara ginekoloji müayinə və konsultasiya üçün xüsusi kartlar təqdim edildi.

Yekunda mövzu ilə bağlı fikir mübadiləsi aparıldı, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.