• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

14 MAY 2019

İSİM-də “Diabet məktəbləri. Diabetin müalicəsində tibb bacılarının rolu” mövzusunda ikigünlük təlim keçirildi

13-14 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Diabet məktəbləri. Diabetin müalicəsində tibb bacılarının rolu” mövzusunda ikigünlük təlim keçirildi.

Giriş sözü ilə çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev müasir dövrdə geniş yayılmış şəkərli diabetin profilaktikası və müalicəsi istiqamatində görülən işlərdən söz açdı və bu xəstəlikdən əziyyət çəkən insanların ölkəmizdə dövlət qayğısı ilə əhatə olunduğunu vurğuladı. Respublika Endokrinologiya Mərkəzinin həkim endokrinoloqu Yeganə Sultanova əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb bacılarının şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirməsi üçün təşkil edilən bu təlimə görə İSİM-in rəhbərliyinə öz təşəkkürünü bildirdi. O, Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərlə bağlı statistik göstəriciləri diqqətə çatdırdı: “Statistik məlumatlar göstərir ki, dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da bu xəstəliyə tutulanların sayı az deyil. Belə ki, 2019-cu ilin yanvar ayının əvvəli üçün REM-də qeydiyyata alınan diabet xəstələrinin sayı 255.470 nəfər təşkil edib ki, onların da 73.542 nəfəri Bakı şəhəri sakinidir”. Respublika Endokrinologiya Mərkəzinin həkimi Səriyyə Ağayeva pasiyentləri qeyri-infeksion xəstəliklərlə bağlı məlumatlandırılmanın əhəmiyyəti haqqında danışaraq, şəkərli diabet xəstəliyində düzgün qidalanma, preparatlarla müalicə, hipoqlikemiya, hiperqlikemiya, şəkərli diabet zamanı xroniki fəsadlardan söz açdı.

Təlim çərçivəsində diabet məktəbi üzrə praktik dərslər keçirildi və fəal iştirakçılara sertifikatlar təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.