• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

16 MAY 2019

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində "Narkotik maddələrin insan orqanizminə zərəri" mövzusunda tədbir təşkil edildi

16 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində maarifləndirici tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan təhsil kompleksinin direktor müavini  Anar Məmmədov təhsil müəssisələrində təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışdı.

Nəsimi rayon Polis İdarəsinin rəisi Əbülfət Rzayev narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini vurğuladı.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova "Narkotik maddələrin insan orqanizminə zərəri" mövzusunda auditoriya qarşısında çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə gəncləri məlumatlandırdı. L.Dadaşova narkomaniyaya qarşı mübarizə sahəsində İSİM tərəfindən keçirilən maarifləndirici tədbirlər və görülən işlər barədə danışaraq, gənclərə müvafiq tövsiyələrini çatdırdı.

Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.