İSİM-də “Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlər keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

18 FEVRAL 2019

İSİM-də “Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlər keçirilir

18 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlərə start verildi.

Təlimin ilk günündə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev Azərbaycanda sertifikasiya, tibb işçilərinin vahid reyestrə daxil edilməsi qaydaları barədə məlumat verdi: “Sertifikasiya – səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən prosesdir. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq  fəaliyyəti ilə məşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri ölkəmizdə beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər”. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Rezidentura sektorunun müdiri Nəsimi Məmmədov Azərbaycanda rezidenturaya qəbulun aparılması qaydaları haqqında danışaraq qeyd etdi ki, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu onlayn həyata keçirilir və imtahanlar test üsulu ilə iki mərhələdə aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova Azərbaycanda rezidentlərin qiyməltləndirilməsi və attestasiyası barədə ətraflı məlumat verdi.

Amerika Birləşmiş Ştatlarından (ABŞ) dəvət olunmuş mütəxəssislər, Viskonsin Tibb Kollecinin Plastik cərrahiyyə kafedrasının Fəxri professoru Devid Larson (David Larson) və Oreqon Sağlamlıq və Elm Universitetinin Fəxri professoru Ceyms Smit (James D. Smith) ABŞ-da rezidentura təhsili sistemi, komitə sertifikasiyası, tibbi lisenziya və ixtisas təhsilinin tanınması, o cümlədən digər ölkələrdəki rezidentura təhsili sistemlərindən söz açdılar.

Beşgünlük təlimlər zamanı iştirakçılar sertifikasiya imtahanı proseslərinin müxtəlif növləri (ÇSS, esse, şifahi imtahan, OSKİ (OSCE) və praktik imtahan) və onların müsbət və mənfi cəhətləri, çox seçimli sualların (ÇSS) yazılması qaydaları, onların düzgünlüyünün və etibarlılığının qiymətləndirilməsi, fundamental elm sahələri üzrə sualların yazılması təcrübəsi ilə tanış olacaqlar.

Eyni zamanda həftə ərzində aparılan müşahidələri təhlil etmək,  tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası prosesini təkmilləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və təhsil müəssisələrinin nümayəndələri arasında müzakirələr aparılacaq.

Şəkillərlə burada tanış olmaq olar.