• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

22 FEVRAL 2019

Gənclər “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə yox deyək!” mövzusunda maarifləndirildilər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.

İSİM-in dəstəyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunan növbəti tədbir 22 fevral 2019-cu il tarixdə Aviasiya və avtomobil nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi.

Tədbiri giriş sözü ilə açan mərkəzin tədris istehsalat işləri üzrə direktor müavini Fərhad İsmayılov təhsil müəssisiələrində bu cür maarifləndirici tədbirlərin təşkil olunmasının sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladı. İSİM-in  Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə yox deyək!” mövzusunda təqdimatla çıxış edərək, sağlam olmaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini  vurğulayaraq gəncləri tütün, alkoqol, narkotik maddələr və digər zərərli vərdişlərdən uzaq olmağa və daha çox aktiv həyat tərzi keçirməyə səslədi: “Aktiv həyat tərzi xüsusilə gənclərdə məsuliyyət duyğusunu artırır, hissləri idarə edə bilmə qabiliyyətini gücləndirir, çevikliyi təmin edir və bir çox xəstəliklərin qarşısını alır”.

Tədbirin sonunda gənclərlə sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin profilaktikası ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.