• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

XƏBƏRLƏR bütün xəbərlər

14 DEKABR 2018

FHN Akademiyasının kursantları “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınma yolları” mövzusunda məlumatlandırıldılar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir 14 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında keçirildi. 

Tədbiri giriş sözü ilə açan Akademiyanın Şəxsi heyətlə iş bölməsinin rəisi, polkovnik-leytenant Hüseyn Abdinov belə maarifləndirici tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirdi. İSİM-in həkim-metodisti Lətafət Dadaşova kursantlar qarşısında “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınma yolları” mövzusunda ətraflı çıxış edərək, sağlam olmaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini  vurğuladı. L. Dadaşova həmçinin müasir zamanda gənclər arasında yayılan cinsi yolla ötürülən infeksiyalar, hepatit B, C, və İİV infeksiyası barədə söz açaraq, gənclərə bu xəstəliklərdən qorunma yolları haqqında məsləhətlər verdi.

Tədbirin sonunda kusantlarla infeksion və qeri-infeksion xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.