164 nömrəli tam orta məktəbdə "Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!" mövzusunda tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

13 DEKABR 2018

164 nömrəli tam orta məktəbdə "Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!" mövzusunda tədbir keçirildi

13 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatşılığı ilə 164 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi.

Tədbiri giriş sözü ilə İSİM-in həkim-metodisti Lətafət Dadaşova açaraq, "Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!" mövzusunda təqdimatla çıxış etdi, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə gəncləri məlumatlandırdı. L. Dadaşova narkomaniyaya qarşı mübarizə sahəsində İSİM tərəfindən keçirilən maarifləndirici tədbirlər və görülən işlər barədə danışaraq, gənclərə müvafiq tövsiyələrini çatdırdı.

Nəsimi Rayon Polis İdarəsinin rəis-müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı.

Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.

Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın icrası ilə bağlı həyata keçirildi.

Şəkillərlə burada tanış olmaq olar.