Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

12 DEKABR 2018

Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 12 dekabr 2018-ci ildə xalqımızın ümummilli lideri, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin anım mərasimi keçirildi.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək, Azərbaycanda müxtəlif sahələrin, o cümlədən səhiyyəmizin inkişaf tarixinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı: “Ümummilli lider Azərbaycan xalqının sağlamlığına böyük qayğı ilə yanaşırdı, onun rəhbərliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli iş görüldü, bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, bir çox səhiyyə ocaqları yenidən quruldu”. Heydər Əliyevin rəhbər və lider kimi tarixi fəaliyyətinin nəsillər üçün böyük bir məktəb olduğunu vurğulayan Yeni Azərbaycan Partiyası İSİM bölməsinin sədri Yeganə Vəliyeva ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. İSİM-in Səhiyyə komunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Laura Quliyeva ulu öndər Heydər Əliyevin xalqımızın milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlərindən söz açdı, Azərbaycan qadınlarının yüksək vəzifələrə təyin olunmasının, onların uğurlarının geniş təbliğ və təşviq edilməsinin məhz ümummilli lider Heydər Əliyevin diqqəti, qayğısı sayəsində mümkün olduğunu nəzərə çatdırdı.

Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin əziz xatirəsinin hörmət və ehtiramla anıldığı tədbir  Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.

Şəkillərlə burada tanış olmaq olar.