Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

4 OKTYABR 2018

Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində  Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı təşkil olundu. Bakı Şəhər Baş Səhiyyə İdarəsininin, eləcə də digər qurumların tabeliyində olan səhiyyə müəssisələrinin rəhbər işçiləri üçün nəzərdə tutulan bu toplantıların 2 oktyabr 2018-ci il tarixdən başlayaraq müntəzəm keçirilməsi nəzərdə tutulur.

4 oktyabr 2018-ci ildə keçirilən toplantıda geniş təqdimatla çıxış edən İSİM-in şöbə müdiri Aris Rüstəmov bildirdi ki, dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemi keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaradır. O, Avropa Birliyi ölkələrində, eləcə də Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Yeni Zelandiya, Rusiya və digər ölkələrdə davamlı tibbi təhsil sisteminin tətbiq olunduğunu vurğuladı: “Ölkəmizdə səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilib. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir”. Davamlı Tibbi Təhsil barədə ətraflı məlumat verən A.Rüstəmov qeyd etdi ki, həkimlərimizin müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları və onların son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək üçün bu təhsil növünün ölkəmizdə də inkişafı bu günün tələbidir. O vurğuladı ki, davamlı tibbi təhsil həkimin peşəkar fəaliyyət dövrü davam edir və praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesidir.

Eyni zamanda iştirakçıların diqqətinə çatdırıldı ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Britaniya Tibb Jurnalı (BMJ) Azərbaycan tibb mütəxəssislərinə özünün "BMJ Best Practice" və "BMJ Learning" resurslarına çıxış üçün şərait yaradıb. Bu onlayn resurslar BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Layihəsi çərçivəsində təklif edilir və mütəxəssislərə sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmaqda kömək edir.

Qeyd edək ki, əvvəllər həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi təkmilləşdirmə kurslarında beş ildə bir dəfə iştirakı vasitəsilə həyata keçirilirdi. Yeni Qaydalara görə, həkim 5 ildə bir dəfə deyil, davamlı olaraq peşə, bilik və bacarıqlarını təkmilləşdirməlidir.