Bakı İdarəetmə və Texnologiya Kollecində ana südü ilə qidalandırmanın vacibliyinə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

4 OKTYABR 2018

Bakı İdarəetmə və Texnologiya Kollecində ana südü ilə qidalandırmanın vacibliyinə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması və “Körpə dostu klinikası” təşəbbüsünün təbliği ilə bağlı ana südü ilə qidalanmanın uşaqların sağlam böyüməsində rolu və əhəmiyyətinə həsr edilmiş maarifləndirici tədbirlər həyata keçiririr.

Növbəti belə tədbirlərdən biri 4 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə Bakı İdarəetmə və Texnologiya Kollecində təşkil olundu. 

Kollecin direktoru Faiq Şahbazlı tədbiri giriş sözü ilə açaraq bildirdi ki, tibbi maarifləndirmə işinin aparılması əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynayır.

Gələcəyin anaları olan gənc qızlardan ibarət auditoriyada keçirilən tədbir çərçivəsində İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Şəhla Mirzəzadə körpələrin inkişafında ana südünün əvəzsiz faydalarından söz açdı.

O bildirdi ki, ana südü ilə qidalandırma körpələrin həyata ilk günlərdən sağlam başlamasının əsasını təşkil edir: “Ana südü körpələrin həyatının ilk 6 ayında xüsusilə böyük əhəmiyyət daşıyır. Ana südündə uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ, karbohidrat, ferment, vitamin və mineral maddələrin tərkibi ideal surətdə balanslaşdırılıb. Ana südü ilə qidalanma uşaqlar arasında ölümə səbəb olan ishal və pnevmoniya kimi halların qarşısının alınmasına kömək edir. Körpələrini əmizdirən analarda isə qadınlar arasında ən çox ölümə səbəb olan yumurtalıq və döş xərçəngi kimi xəstəliklərin riski azalır”.

Ana südünün körpənin xəstəliklərə qarşı ilk peyvənd və əsas qida mənbəyi olduğu iştirakçıların diqqətinə çatdırıldı və İSİM-in ana südünün əhəmiyyəti və ana südü ilə qidalandırmanın cəmiyyətdə təbliği ilə bağlı hazırladığı video-çarx nümayiş olundu.

Mövzu ətrafında müzakirələr aparıldı, auditoriyanı maraqlandıran suallar cavablandırıldı və gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.