Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

5 APREL 2018

Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi

5 aprel 2018-ci il tarixdə Oğuz Bilik Evində 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş “Hərəkətsizlik müasir cəmiyyətin bəlasıdır” mövzusunda dəyirmi masa təşkil olundu.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi tədbirin əsas məqsədi Oğuz məktəblilərini sağlam həyat tərzi barədə maarifləndirmək idi.

Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, sağlam qidalanma və fiziki aktivlik gənc nəslin inkişafında mühüm əhəmiyyət daşıyır. İSİM-in həkim-metodisti Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, fiziki passivliyin dünyada baş verən ölüm hadisələrinin əsas risk faktorlarından biri hesab olunduğunu  nəzərə çatdırdı. Mütəxəssis vurğuladı ki, müntəzəm fiziki aktivlik ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, xərçəng xəstəlikləri, piylənmə, depressiya, eləcə də bir sıra xroniki xəstəliklərin profilaktikasında böyük rol oynayır. Gənclərə gündəlik fiziki aktiv hərəkətlər etməyi tövsiyə edən Zümrüd Kazımova onlara aerobika, əzələ və sümükləri möhkəmləndirən hərəkətlər barədə məlumat verdi. O, fiziki aktivliyi gündəlik vərdişə çevirməyin sağlamlığın qorunmasında əvəzsiz rol oynadığını vurğuladı: “Ümumdünya Səhiyyə Təşkilatı 5-17 yaşlarda uşaq və yeniyetmələrə  gündə ən azı 60 dəqiqə, 18-64 yaşlarda insanlara isə həftədə ən azı 150 dəqiqə fiziki aktiv olmağı tövsiyə edir, çünki davamlı fiziki aktivlik insanlara daha sağlam və daha uzun ömür yaşamaq imkanı verir”.

Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanan və aktiv həyat tərzini təbliğ edən video-çarx təqdim olundu və mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.