Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 APREL 2018

Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu

16 aprel 2018-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda maarifləndirici mühazirə təşkil edildi. Mühazirə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə həyata keçirildi.

İSİM-in psixoloqu Nərmin Mirzəyeva mövzu ilə bağlı ətraflı məlumat verərək bildirdi ki, müəllimlərin şagirdlərlə düzgün və mehriban təması gənc nəslin sağlam inkişafına mühüm təsir göstərir. Şagirdlərin  bir şəxsiyyət kimi yetişməsində, onların təlimə marağının yüksəlməsində müəllimlərin böyük rolu olduğunu vurğulayan N.Mirzəyeva böyüməkdə olan nəslin düzgün tərbiyəsinin məhz tədris müəssisələrində formalaşdığını diqqətə çatdırdı. Xüsusən yeniyetməlik dövründə şagirdlərlə düzgün pedaqoji münasibətin qurulmasının vacibliyini qeyd edən mütəxəssis bildirdi ki, insan hüquqları ölkəmizdə xüsusi qayğı ilə qorunur və məktəblilərə qarşı hər hansı kobud davranışa, zorakılıq hallarına yol verən müəllimlər inzibati, eyni zamanda cinayət məsuliyyətinə cəlb olunurlar.

Mühazirədən sonra tələbələrlə səmərəli fikir mübadiləsi aparıldı və auditoriyanı maraqlandıran suallar cavablandırıldı.