• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı – Monitorinq və təhlil şöbəsinin müdirinin müavini (həkim), 1.0 ş.v.

Struktur vahidinin adı – Monitorinq və təhlil şöbəsi

Vəzifə funksiyaları – tibb müəssisələrində Mərkəzin həyata keçirdiyi layihələr çərçivəsində monitorinqlərin keçirilməsi; onların qarşılaşdıqları problemlər və çətinliklərin öyrənilməsi, nəticələrin təhlili və qiymətləndirilməsinə nəzarət edilməsi; layihələrin nəticələri əsasında ölkədə monitorinqin sistemli aparılması üçün məlumatların təhlil olunması və metodik tövsiyələrin hazırlanması istiqamətində proseslərin həyata keçirilməsi; sorğu, məktub və müraciətlərin cavablandırılması; digər təşkilat və qurumlarla əlaqələrin qurulması; şöbənin işi ilə bağlı bütün gündəlik işlərin idarə edilməsi.

İş vaxtı – Şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.

Nahar fasiləsi – Saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil – Ali tibb təhsili.

İş stajı – İxtisas üzrə 2 ildən çox fəaliyyət.

Dilləri bilmə  Azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar – Auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları;, yaxşı ünsiyyət və komanda ilə işləmək, özünə və işçilərə qarşı tələbkar olmaq, təşkilatçılıq və idarəetmə bacarıqları, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti, fəal və təşəbbüskar olmaq bacarıqları; ictimai səhiyyəyə dair layihə təkliflərini irəli sürmək, hazırlamaq, həyata keçirmək bacarığı.  

Vakansiyalar və işə qəbulla bağlı tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək üçün (012) 430 14 86 telefon nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Vakansiya ilə maraqlanan şəxslər yalnız Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) CV formasını dolduraraq [email protected] elektron ünvanına, Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər. CV-lər həmçinin İSİM-in Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər həftənin I-V günləri saat 9:30-dan 12:30-dək qəbul olunur.

Namizədlərin nəzərinə! İSİM-ə işə qəbulla bağlı müraciət edənlərdən yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını buradan yükləyə bilərsiniz.