EUPHA | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Uşaqların icbari dispanserizasiyasının monitorinqi YENİLƏNİB: 22 YANVAR 2016

2013-2017-ci illəri əhatə edən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən uşaqların icbari dispanserizasiyasının monitorinqi və qiymətləndirilmə mexanizminin hazırlanması Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.

Uşaqların icbari dispanserizasiyadan keçirilməsinin monitorinqi və nəticələrin qiymətləndirilməsi məqsədi ilə İSİM tərəfindən 2014-cü ilin oktyabr-dekabr ayları ərzində Bakıda xüsusi tədqiqat aparılmışdır. Tədqiqat Bakının 11 rayonu üzrə 50 tam orta məktəbin 1000-ə yaxın 6-10-cu sinif şagirdləri, 400 valideyn və 50 pediatr arasında aparılıb. Tədqiqat vasitəsilə uşaqların sağlamlıq vəziyyəti, dispanserizasiyada iştirakları, dispanserizasiya nəticəsində səhətlərində problemlərin aşkar edilib edilməməsi, ümumiyyətlə həkim müayinəsindən keçib keçməmələri, fiziki aktivlik səviyyəsi, qida və nutriyentlərin qəbuluna dair vərdişləri, reproduktiv sağlamlıq məsələlərinə dair məlumatlılığı və biliyi qiymətləndirilib. Monitorinq vasitəsilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” barədə əhalinin məlumatlılıq səviyyəsi, habelə dispanserizasiyanın aparılmasına mane olan amillər də öyrənilib.

Tədqiqat nəticəsində hazırlanmış hesabat və onun əsas məqamları, habelə monitorinq zamanı aşkar edilmiş maneələr və problemlər, həmçinin onların həlli yolları İSİM-də 2015-ci il martın 18-də təşkil edilmiş seminarda müzakirə edilib. Seminarda uşaqların icbari dispanserizasiyadan keçirilməsi işinin təşkili və aparılmasında bilavasitə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikaları və mərkəzi uşaq xəstəxanalarının baş həkimləri, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak edib.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Töhfə Cəmilova

ƏLAQƏ: [email protected]