İSİM Bilik Fondu ilə birgə paytaxt və regionlardan olan məktəblilərə sağlam həyat tərzinin təbliğatı apardı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

19 DEKABR 2016

İSİM Bilik Fondu ilə birgə paytaxt və regionlardan olan məktəblilərə sağlam həyat tərzinin təbliğatı apardı

16 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində yuxarı sinif şagirdləri və məktəblərin tibb bacılarının iştirakı ilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir təşkil olundu. Onlayn formatda olan tədbirdə eyni zamanda  Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Bərdə, Gəncə, Qəbələ rayonlarında olan məktəblərlə telekörpü yaradıldı. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə həyata keçirdiyi bu təbdiri aparan İSİM-in mütəxəssisi Nabil Seyidov oldu. O, şagirdlər qarşısında “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici mühazirə ilə çıxış edərək gənclərə zərərli vərdişlərin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verdi.

Mövzu ilə bağlı təqdimatlar edən məruzəçi fiziki aktivliyin və sağlam qidalanmanın gənclərin həyatındakı əhəmiyyətindən, sağlam həyat tərzi sürməyin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığına olan mənfi təsirlərindən danışdı. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən natiq iştirakçıları maraqlandıran sualları cavablandırdı. Tədbirin mövzusu ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.

Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə  mübarizəyə dair 2015-2020-ci illər  üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün, digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunmuşdu.