İSİM-də “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” təlimi başladı (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 DEKABR 2016

İSİM-də “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” təlimi başladı (FOTO)

Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun Fəlakətlərə hazırlıq proqramı fəlakətlərin qarşısının alınmasında, onların ağır nəticələrinin azaldılmasında və ya yüngülləşdirilməsində, eləcə də, fəlakətlərdən sonra bərpa işlərinin idarə edilməsində köməyə ehtiyacı olan ölkələrə yardım edir. ÜST-nin müəyyənləşdirilmiş 13 prioritet istiqamətindən biri üzv dövlətlərin səhiyyə sisteminin fövqəladə hallara hazırlıq məsələsidir.

Bunu nəzərə alaraq, 13 dekabr 2016-ci il tarixdə ÜST-nin Azərbaycan nümayəndəliyi  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə birlikdə İSİM-də “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda təlim kursuna start verdi.

3 gün davam edəcək təlimin ilk günü İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarovun iştirakçıları salamlaması və təlim haqqında məlumat verməsi ilə başladı. O, təlim iştirakçılarına bu təlimin fövqəladə hallara hazırlıq, onun nəticələrinin aradan qaldırılması və yüngülləşdirilməsi, fəlakətlərdən sonra bərpa dövründə ictimai səhiyyənin idarə edilməsində onların bilik və təcrübələrinin artırmasına töhfə verəcəyindən danışdı.

Tədbirdə iştirak edən həkimlər arasında fövqəladə hallarla bağlı qısa sorğu keçirildi. Ardınca, İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin əməkdaşı Teymur Hüseynov fövqəladə hallar zamanı səhiyyə sektorunun rolu və risklərin idarə edilməsi haqqında danışdı.

Daha sonra, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun texniki mütəxəssisi dr. Ute. S. Enderlayn təlim iştirakçılarına fövqəladə hallara hazırlıq proqramı və kütləvi hadisələrdə idarəetmə sistemi haqqında təqdimat etdi. Bu sahədə Azərbaycanda görülən işlərdən razılığını və əməkdaşlığa görə İSİM-ə təşəkkürünü bildirdi. Fövqəladə hallara hazırlıq mövzularında təlim kurslarını təşkil edən və geniş təcrübəyə sahib olan dr. Ute. S. Enderlayn iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Tədbirin yekununda iştirakçılara “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda təlim kursunun növbəti günlərinin (14-15 dekabr) gündəliyi haqqında məlumat verildi. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.