“XXI əsrdə məktəbyaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

25 DEKABR 2023

“XXI əsrdə məktəbyaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 25 dekabr 2023-cü ildə “XXI əsrdə məktəbyaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib.
Konfransda dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
 
Səhiyyə Nazirliyinin Tibb xidmətləri şöbəsinin baş məsləhətçisi Nigar Nəzərli, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, Təhsil NazirliyiBakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, TƏBİB-in aparıcı-məsləhətçisi Səkinə Əzizli, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli açılışda çıxış ediblər. Çıxışlarda bildirilib ki, müasir insanın xəstəlikləri ilk növbədə onun həyat tərzindən, gündəlik davranışından qaynaqlanır və sağlam davranışın əsası ilk növbədə ailədə qoyulur, məktəbdə isə daha da təkmilləşdirilir. Ona görə də, valideynlər arasında və məktəblərdə sağlam həyat tərzinin təbliği, tibbi biliklərə dair məlumatlılığın artırılması istiqamətində maarifləndirilmənin aparılmasının əhəmiyyəti bir daha vurğulanıb.
 
Qəhraman Haqverdiyev geniş təqdimatla çıxış edərək, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə ölkəmizdə 2022-ci ildə həyata keçirilən uşaqlarda artıq çəki və piylənmənin öyrənilməsi – COSI tədqiqatının nəticələri barədə ətraflı məlumat verib: “Bu tədqiqat göstərir ki, ölkəmizdə 8 yaşlı uşaqlar arasında arıqlığın yayılması 4,1 %, bədən çəkisi (piylənmə daxil olmaqla – 26,9%, piylənmə isə 10,7 % təşkil edib. O da məlum olub ki, piylənmənin yayılması oğlanlar arasında qızlara nisbətən daha yüksəkdir (müvafiq olaraq 12,0% və 9,3%). Sorğuya əsasən deyə bilərik ki, şagirdlər sağlamlığın əsas əlamətlərini müəyyən edə bilmirlər və gündəlik rejimin əhəmiyyətini, qidalanma, gigiyena və sair amillərin sağlamlığın qorunması üçün vacibliyini yetərincə anlamırlar”.
 
ATU-nun Uşaq və yeniyetmələrin sağlamlığı və əmək gigiyenası kafedrasının müdiri Şəhla Balayeva “Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, profilaktik yanaşmalar”, “Umidli Gələcək” Qeyri-Hökumət Təşkilatının rəhbəri Kəmalə Aşumova “Uşaqların sağlamlığı istiqamətində QHT və İSİM-in əməkdaşlığı”, 149 saylı orta məktəbin direktoru Rahilə Baxşıyeva “Sağlam həyat yaşam devizimizdir”, 3 saylı orta məktəbin direktoru Almaz Həsrət “Məktəblinin sağlam qidalanması: qarşıda dayanan vəzifələr və təkliflər” mövzusunda geniş təqdimatla çıxış ediblər.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, HBCS tədqiqatının layihə rəhbəri Səbinə Babazadə, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova, Monitorinq və təhlil şöbəsinin müdir muavini Zümrüd Kazımova məktəblilərin sağlamlığın qorunması, sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər.
Konfransda səmərəli fikir mübadiləsi aparılıb, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi Sevinc Həsənova və digər iştirakçılar tərəfindən təkliflər səslənib.
 
Şəkil