Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 DEKABR 2023

Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib

Ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf Strategiyası”nda uşaqların sağlamlığının qorunmasına böyük önəm verilib, bu istiqamətdə mobil əlavə və interaktiv internet saytlarının yaradılması vəzifəsi qarşıya qoyulub.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi, məktəblilərin sağlamlığının vacibliyini, o cümlədən informasiya texnologiyalarından istifadə zərurətini nəzərə alaraq, nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən məktəblilər, valideynlər və müəllimlər üçün sağlamlığın əsaslarına həsr olunan internet portalı və mobil əlavə hazırlanaraq istifadəyə verilib.
 
“Sağlam uşaq” internet portalında https://saglamusaq.az/ məktəbyaşlı uşaqların sağlamlığının qorunması və sağlam inkişafı üçün faydalı məlumatlar, maarifləndirici materiallar, videoçarxlar və interaktiv oyunlar toplanılıb. Portal Uşaq, Valideyn və Müəllim bölmələrindən ibarətdir.
 
Ümumi olaraq portala hazırda 583 məqalə, 200 maarifləndirici material, 131 videoçarx, 30-dan çox infoqrafika və uşaqlar üçün maarifləndirici oyunlar yerləşdirilib. Portal Azərbaycan və rus dillərində təqdim olunub. Portala gələcəkdə yeni materialların əlavə olunması və daha da zənginləşdirilməsi nəzərdə tutulub.
 
Eyni zamanda, portalın materialları əsasında hazırlanmış “Sağlam uşaq” mobil əlavəsi də istifadəyə verilib. AppStore və PlayMarket vasitəsilə tətbiqi telefona yükləyərək məlumatlardan faydalanmaq mümkündür.