ADU-da “İnsulta qarşı ayıq ol!” adlı təşviqat aksiyası keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

27 OKTYABR 2023

ADU-da “İnsulta qarşı ayıq ol!” adlı təşviqat aksiyası keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektoru ilə birgə 27 oktyabr 2023-cü ildə Azərbaycan Dillər Universitetində (ADU) “İnsulta qarşı ayıq ol!” adlı maarifləndirici aksiya təşkil olunub. 29 oktyabr – Ümumdünya İnsultla Mübarizə Günü ərəfəsində keçirilən aksiyanın məqsədi əhalini insultun əsas riskamilləri, əlamətləri barədə məlumatlandırmaq, hər bir kəsi, o cümlədən gəncləri insulta qarşı ayıq olmağa çağırmaq olub. Müəllim və tələbələrin fəal iştirak etdiyi aksiyada bildirilib ki, insult beyinin müəyyən bir nahiyəsinin zədələnməsinə gətirib çıxaran qan dövranının kəskin pozulmasıdır. İştirakçılara insultun əlamətləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, qəflətən bədənin hər hansı hissəsində yaranan keyləşmə və ya əzələ zəifliyi, görmənin zəifləməsi, nitqin aydınlığının, udma aktının, yaddaşın, tanıma qabiliyyətinin pozulması, başgicəllənmə, müvazinətin itirilməsi, səbəbi məlum olmayan şiddətli baş ağrısı kimi əlamətlərdən hər hansı biri müşahidə olunduqda dərhal təcili tibbi yardım çağırmaq vacibdir. İştirakçılarla maarifləndirici söhbət aparılıb, onlara zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub və İSİM tərəfindən hazırlanaraq nəşr edilən materiallar paylanılıb.

Şəkil