Biləsuvarda “Ürəyinizi qoruyun!” adlı maarifləndirici aksiya təşkil olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

26 OKTYABR 2023

Biləsuvarda “Ürəyinizi qoruyun!” adlı maarifləndirici aksiya təşkil olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Biləsuvar Rayon İcra Hakimiyyəti ilə birgə “Ürəyinizi qoruyun!” adlı maarifləndirici aksiya keçirilib. Biləsuvar şəhərində  25 oktyabr  2023-cü ildə təşkil olunan aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib. Bildirilib ki, müasir dövrdə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır. Əsas risk amillərinə  isə, yüksək qan təzyiqi, qanda xolesterin və şəkərin miqdarının artması, tütünçəkmə, fiziki passivlik, spirtli içkilərdən sui-istifadə, psixoloji stres, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir. İştirakçılara düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib, sağlam həyat tərzi seçmək təşviq edilib. Onlara ürək-damar xəstəliklərinin profilaktikasına dair İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

Şəkil