Azərbaycanda selektiv abortlara təsir edən sosial, ictimai, tibbi və digər amillərin öyrənilməsinə dair sorğu keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

12 İYUL 2023

Azərbaycanda selektiv abortlara təsir edən sosial, ictimai, tibbi və digər amillərin öyrənilməsinə dair sorğu keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ölkəmizdə doğulacaq uşağın cinsinin seçilməsinə təsir edən sosial, ictimai, tibbi və digər amillərin araşdırılması və hədəfli tədbirlərin keçirilməsi məqsədi ilə sorğu keçirilib. BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıqla keçirilən sorğunun əsas məqsədi Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan əsas mexanizmlərin öyrənilməsi, statistik məlumatların əldə edilməsidir.

Qadın məsləhətxanaları və doğum evlərində aparılan sorğuda ginekoloq, ultrasəsli diaqnostika (USM) həkimləri, mamalar, tibb bacıları iştirak ediblər. Bakı şəhərində və regionlarda keçirilən sorğu ümumilikdə 21 doğuşayardım tibb müəssisəsində, 917 nəfər respondent arasında aparılıb. Tibb müəssisələrində keçirilən görüşlərdə İSİM tərəfindən hazırlanaraq nəşr edilən, abortların və selektiv abortların təhlükəli təsirləri barədə maarifləndirici materiallar paylanılıb. Sorğu nəticələrinin təhlil edilərək analiz olunması və müzakirəsi nəzərdə tutulub.  

Qeyd edək ki, selektiv abort, dölün cinsiyyətinə görə hamiləliyin süni pozulması bu gün nəinki Azərbaycanda, bütün dünyada cəmiyyəti narahat edən məsələlərdəndir. Selektiv abortların qarşısının alınması istiqamətində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Qanunvericilik bazası təkmilləşdirilir, səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhalinin müxtəlif yaş qrupları arasında geniş maarifləndirilmə aparılır. Selektiv abortların fəsadları, gender əsaslı cins seçiminin aradan qaldırılması, qız uşaqlarının doğulmasının stimullaşdırılması ilə bağlı tədbirlər həyata keçirilir və məlumatlandırıcı materiallar paylanılır.

Şəkil