COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın 4-cü mərhələsinə start verilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

7 İYUN 2023

COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın 4-cü mərhələsinə start verilib

Ölkəmizdə səhiyyə işçiləri arasında aparılan yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın növbəti-dördüncü mərhələsinə start verilib. Bu genişmiqyaslı araşdırma Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən həyata keçirilir. Tədqiqat yeddi tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır. Tədqiqatın növbəti mərhələsində iştirakçılar yeni növ koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçirilir, qan nümunələri toplanılır, ümumi vəziyyətləri barədə məlumatlar araşdırılır. Qeyd edək ki, ÜST-nin dəstəyi ilə 2021-ci ilin aprel ayından etibarən ölkəmizdə 1500 tibb işçisinin iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlanılıb. Tədqiqat çərçivəsində hər respondent ilə əvvəlcə geniş sorğu aparılıb, pandemiya dövründə COVID-19 xəstəliyinə yoluxub-yoluxmaması, yanaşı xəstəliklərin olub-olmaması, xəstələrlə nə qədər tez-tez təmasda olması və sair kimi sualların cavabları toplanıb, il ərzində onlardan sağlamlıq vəziyyətləri, koronavirus infeksiyasına şübhəli simptomlarının olub-olmadığı soruşulub və varsa, müvafiq müayinələrdən keçmələri tövsiyə olunub. Ölkəmizdə bu tədqiqatın uğurla aparılmasına yardım edən səhiyyə və tibb müəssisələrinin rəhbərlərinə, həvəslə iştirak edən könüllülərə dərin təşəkkürümüzü bildiririk.

Şəkil