İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 FEVRAL 2023

İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 16 fevral 2023-cü ildə "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi. Konfrans Səhiyyə Nazirliyi, İSİM, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi və  Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olundu.

Konfransı giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirdi ki, səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən islahatlarda ana və uşaq problemlərinin həlli ön sıralarda yer alır: “Səhiyyə Nazirliyi müvafiq dövlət qurumları və təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi olaraq, reproduktiv sağlamlığın qorunması istiqamətində xüsusilə gənclər arasında geniş maarifləndirmə aparır. Eyni zamanda, İSİM tərəfindən sübutlu təbabət prinsiplərinə əsasən hazırlanan klinik protokollar əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, doğru qiymətləndirmə və monitorinq işinin aparılmasına, səhiyyə siyasətini müəyyən etməyə öz töhfəsini verir”. O, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi metodologiya üzrə ölkəmizdə keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC), STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair ölkə ərazisində aparılan  tədqiqat, ötən il 2022-ci ildə aparılan ÜST Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı, o cümlədən səhiyyə, təhsil və demoqrafik siyasətdə rast gəlinən problemlərin həllində mühüm əhəmiyyət kəsb edən Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) və əldə olunan nəticələr barədə içtirakçılara məlumat verdi.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili sektorunun müdiri Aynurə Zeynalova çıxış edərək, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən söz açdı: “Doğuşayardım və perinatal yardımın regionlaşması üç səviyyəli prinsip əsasında təşkil edilərək regional perinatal mərkəzlər yaradıldı və müasir avadanlıqlarla təchiz olundu. Bu, respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaratdı”. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevil Mikayılova dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsinin hər zaman prioritet olduğunu qeyd edərək bildirdi ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi, onların rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən daim ardıcıl işlər görülür, mühüm qanunlar qəbul edilir və bu sahədə islahatlar davamlı olaraq aparılmaqdadır.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova cıxışında vurğuladı ki, olkə rəhbərliyinin  səhiyyənin bütün sahələrinə xüsusi diqqəti sayəsində tibbin bütün sahələrində olduğu kimi reproduktiv sağlamlıq sahəsində də yeni islahatlar aparılıb, müalicə və diaqnostik imkanlar genişləndirilib. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev fondun ölkəmizdə reproduktiv sağlamlıq xidmətlərinin keyfiyyətinin yaxşıladırılması istiqamətində gördüyü işlər barədə məlumat verərək, regionda reproduktiv sağlamlıq üzrə vəziyyətin analizi və statistik rəqəmləri nəzərə çatdırdı.

Elm və Təhsil Nazirliyinin müşaviri Rüstəm Ağayev  “Təhsil müəssisələrində reproduktiv sağlamlığın təşviqi və mühafizəsində prioritet və hədəflər" mövzsunda çıxış edərək  bildirdi ki, şagirdlər arasında sağlam həyat tərzi, reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmənin aparılması məqsədilə Elm və Təhsil Nazirliyi, İSİM və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə 8-9-cu sinif şagirdləri üçün reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait hazırlanıb və bu il 8 fevral tarixindən etibarən bütün təhsil müəssisələrinə çatdırılması və vailideynlərin lazımi səviyyədə məlumatlandırılması, müvafiq təlimatlarla məşğələlərin keçirilməsinə nəzarətin təmin edilməsi kimi məsələlər nəzərdə tutulur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov “Qadınların reproduktiv sağlamlıqla bağlı hüquqlarına müasir baxış və beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə ali qanunvericiliyin qadınlar, uşaqlar üçün böyük imkanlar yaratdığını, onların hüquq və azadlıqlarının qorunması istiqamətində ciddi tədbirlər görüldüyünü, eyni zamanda qadınların sosial durumunun yaxşılaşdırılması və ictimai fəallıqlarının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını vurğuladı.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, dosent, tibb üzrə fəlsəfə doktoru Aynura Əmirova geniş təqdimatla çıxış edərək, reproduktiv sağlamlıq sahəsində milli strategiya üçün prioritet və hədəflər, antenatal qayğının təşkilinə müasir yanaşmalar və beynəlxalq təcrübədən söz açdı, mamalıq və ginekologiya sahəsində dünya elmində olan yeniliklər, müalicə və profilaktika sahəsində olan aktual hədəfləri diqqətə çatdırdı.BMT-nin Uşaq Fondunun (UNICEF) Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova “Uşaqların reproduktiv sağlamlığının mühafizəsində UNICEF-in qlobal və regional prioritet və hədəfləri" barədə konfrans iştirakçılarına məlumat verdi.

Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim onkoginekoloqu Könül Mərdanova reproduktiv sağlamlıq və cinsi yolla keçən xəstəliklər, onların erkən diaqnostikası və skrininqi barədə danışdı və ölkəmizdə bunla bağlı statistik məlumatları diqqətə çatdırıdı. Konfransda cari il ərzində müvafiq sahədə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparıldı, suallar caablandırıldı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Şəkil