“Tütünçəkmə sağlamlığa təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 NOYABR 2022

“Tütünçəkmə sağlamlığa təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 3 noyabr 2022-ci ildə “Yaşa” mərkəzində “Tütünçəkmə sağlamlığa təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirildi.

“Üçüncü bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirin məqsədi ahıl yaşlı insanlar arasında sağlam həyat tərzini təbliğ etmək, tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərindən söz açmaq idi.

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva təqdimatla çıxış edərək bildirdi ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində geniş maarifləndirilmə aparılır: “Səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən sağlam həyat tərzi təbliğ olunur, tütünçəkmə və digər zərərli vərdişlərdən imtina etməyin vacibliyi bir daha izah edilir”.  O vurğuladı ki, zərərli vərdişlərin yaratdığı asılılıqdan xilas olmaq hər yaşda mümkündür və sağlam həyat tərzi seçmək heç vaxt gec deyil. 

 İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev zərərli vərdişlərin qeyri-infeksion xəstəliklərin əsas risk amili olduğunu diqqətə çatdırdı: “Tütünçəkmənin təsiri nəticəsində hər il 8 milyon insan həyatını itirir. Təəssüf ki, onların 1 milyonu paasiv tütünçəkmənin qurbanlarıdır”.

Birliyin nümayəndəsi Narxanım Paşayeva çıxış edərək,  zərərli vərdişlərin həm sağlamlıq, həm də ətraf mühit və cəmiyyət üçün  mənfi təsir göstərdiyini bildirdi və səhiyyə işçilərinin sağlam həyat tərzinin təşviqi istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara maarifləndirici materiallar təqdim olundu.  

 

Şəkillər