Səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə 1-ci beynəlxalq konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

19 OKTYABR 2022

Səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə 1-ci beynəlxalq konfrans keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti, Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının birgə əməkdaşlığı ilə 19 oktyabr 2022-ci ildə Bakı şəhərində səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə 1-ci beynəlxalq konfrans keçirildi.
Konfransın təşkilində əsas məqsəd region ölkələrin səhiyyə sistemini qabaqcıl, dünya təcrübəsinə əsaslanan texnologiyalarla tanış etmək və onun inkişaf etdirilməsinə töhfələr vermək, yeni standartlara uyğunlaşaraq əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq, müasir səhiyyə texnologiyasına inteqrasiyanı təmin etmək, bu yolda görüləcək işləri, qarşıda duran məqsəd və vəzifələr ətrafında fikir mübadiləsi aparmaq idi.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov açılış nitqi ilə çıxış edərək, müasir dövrdə tibb elminin və tibbi texnologiyaların çox sürətlə inkişaf etdiyini bildirdi: “Amma belə bir sual yaranır ki, yeni texnologiyalar nə dərəcədə səmərəlidir, yeni müalicə üsulları həqiqətənmi əvvəlki texnologiyalardan sübuta əsaslanmış şəkildə üstündür. Bu suallara cavab verə biləcək və proqnoz verə biləcək mexanizm səhiyyə texnologiyalarının qiymətləndirilməsidir”. N.Zeynalov ölkəmizdə bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğuladı, təlimlərin keçirildiyini və bu konfransın davamı olaraq siyasət üzrə dialoqun aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının prezidenti Vija Oortveyn səhiyyə texnologiyalarının inkişafının bütün region ölkələr üçün əhəmiyyətindən və cəmiyyətin sağlamlığının qorunması istiqamətində faydasından söz açdı.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev, Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının vitse-prezidenti Rabia Kahveçi, Qazaxıstanın Salidat Kairbekova adına Səhiyyənin İnkişafı Milli Tədqiqat Mərkəzinin sədr müavini Alima Almadiyeva və LewinGroup-un Baş vitse-prezidenti Klif Qudmanın moderatorluğu ilə səhiyyə texnologiyalarının işləməyə başlaması üçün zəruri olan şərtlər və əsas vasitələr kimi aktual mövzularda geniş məruzələr dinlənildi. ABŞ, Türkiyə, Polşa, Ukrayna, Niderland, Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndələrinin iştirakı ilə keçən müzakirələrdə səhiyyə texnologiyalarının səhiyyə xismətləri ilə əlaqəsi, hər kəs üçün əlçatan, bərabər olan səhiyyə prespektivləri və bölgədə səhiyyə texnologiyalarının inkişafı ilə bağlı əməkdaşlığı genişləndirmək istiqamətində səmərəli fikir mübadiləsi aparıldı.
 
Şəkillər