“Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi üzrə işin təşkili” mövzusunda konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 İYUN 2022

“Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi üzrə işin təşkili” mövzusunda konfrans keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 30 iyun 2022-ci il tarixdə “Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi üzrə işin təşkili” mövzusunda konfrans keçirildi.  Konfransda vurğulandı ki, Avropa İttifaqının  dəstəyi ilə, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilən “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsi öz fəaliyyətini başa vurub. Layihə İSİM, Azərbaycan Tibb Universiteti  (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə sıx əməkdaşlıq şəraitində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (STİB) tərəfindən həyata keçirilib. Layihənin əsas məqsədi ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, mama-ginekoloqlar, mamalar, neonatoloq və pediatrlar tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı ataların də iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsindən ibarət olub. 

Konfransı giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirdi ki, dünya ölkələri ilə yanaşı, son illər Azərbaycanda da ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha fəal iştirakı getdikcə artmaqdadır: “İqtisadi və sosial dəyişikliklər, müasir həyat tərzi, qadın və kişilər arasında iqtisadi və sosial bərabərliyin inkişafı hamiləliyin planlaşdırılması, hamiləliyin gedişatı və uşaqların böyüdülməsi ilə bağlı yükün ana və ata arasında paylaşılmasını vacib edib”.  BMT-nin Əhali Fondunun Azərbaycandakı ölkə ofisinin rəhbəri Fərid Babayev təmsil etdiyi qurumun ölkədə gender bərabərliyi, gender əsaslı zorakılıq və onunla mübarizə, əhalinin, xüsusən də gənclərin cinsi və reproduktiv sağlamlığının, o cümlədən hüquqlarının təmin edilməsi kimi sahələr üzrə müxtəlif layihələr və təşəbbüslər həyata keçirdiyini qeyd etdi: “Təəssüflə bildirmək istərdim ki, hazırda ölkəmiz doğulan uşaqlar arasında cinsə görə nisbətin ən çox pozulduğu ölkədir. Bunun da əsas səbəbi oğlan uşaqlarına verilən üstünlük nəticəsində edilən selektiv abrotlardır”. Milli Məclisin deputatı Sədaqət Vəliyeva ölkəmizdə gender stereotiplərinin mövcudluğunu və bunun qarşısının alınması üçün tədbirlərin görüldüyünü bildirib: “Məlumdur ki, boşanmalardan ən çox ziyan çəkənlər uşaqlardır. Çünki nəticədə onlar bir tərəfin, daha çox da atanın diqqət və qayğısından məhrum olurlar. Odur ki, atanın uşağın təlim-tərbiyəsində iştirakına yönələn belə layihənin həyata keçirilməsi təqdirəlayiq haldır”. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov layihənin icrası zaman görülən işlər barədə geniş məlumat verərək qeyd edib ki, layihənin əsas məqsədi hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı, ataların da iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsindən ibarət olub: “Layihə çərçivəsində 30 səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal, perinatal və zahılıq dövründə qayğı, yenidoğulmuşlara qayğı mövzularında təlim kursu təşkil edilib. Təlim kursu əsasında hazırlanmış materialların “ecourses.az” veb-platformasında yerləşdirilməsi təmin olunub”. İSİM-in Səhiyyə Siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Könül İsmayılova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, tibb elmləri namizədi Nigar Hacıyeva, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova çıxış edərək, uşaqların sağlam inkişafında ataların rolunu xüsusi vurğuladılar. 

Səhiyyə Nazirliyi, Ombudsman Aparatı, ATU, ADHTİ, TƏBİB, Bakı Baş Səhiyyə İdarəsi, Respublika Perinatal Mərkəzi və digər qurumların nümayəndələrinin iştirakı ilə keçən konfransda səmərəli fikir mübadiləsi aparıldı və gələcək planlar müzakirə edildi.