Azərbaycan Avropada tibbi savadlılıq vəziyyətini öyrənən M-POHL-HLS ölkələrarası şəbəkə toplantısına qoşuldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 İYUN 2022

Azərbaycan Avropada tibbi savadlılıq vəziyyətini öyrənən M-POHL-HLS ölkələrarası şəbəkə toplantısına qoşuldu

Azərbaycan Avropa ölkələrində tibbi savadlılıq vəziyyətini öyrənən M-POHL-HLS (Health Literacy Survey Network) ölkələrarası şəbəkə toplantısına qoşuldu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilk dəfə olaraq, bu şəbəkənin hər il keçirilən toplantısında iştirak etdi. 

COVID pandemiyası dövründə əksər insanlar düzgün məlumat əldə etməkdə çətinlik çəkirdi, digər tərəfdən isə, sosial media yalnış mesajların və dezinformasiyaların daha surətlə yayılması baxımından ənənəvi KİV ilə müqayisədə daha yüksək risk yaradırdı.

Toplantıda bir daha vurğulandı ki, hazırda tibbi savadlılığın artırılması insanları və cəmiyyəti COVID-19 pandemiyası dövründəki kimi fövqəladə hallara hazırlamaq üçün çox vacib hesab olunur. Qeyd edildi ki, COVID-19 pandemiyası dövründə tibbi savadlılığın əhəmiyyəti lazımi səviyyədə qiymətləndirilmədi. Pandemiya başladığı dövrdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhali arasında COVID-19 pandemiyasına münasibəti öyrənən 6 mərhələli sorğu keçirdi.  Sorğunun nəticələrindən məlum oldu ki, əhalinin məlumatlılıq səviyyəsi informasiyaları anlamaq və təhlil etmək üçün kifayət qədər lazımi səviyyədə deyil. Odur ki, iştrakçıların əksəriyyəti peyvənd olunmaq, pandemiya dövründə təhlükəsizlik qaydalarına riayət etmək və sağlam həyat tərzi sürmək istəmirdi. 

Sağlamlıq məsələlərində savadlılığın olması insanların səhiyyə sisteminə əlçatanlığı və onlara göstərilən xidmətin keyfiyyətində vacib rol oynayır. 

Bu yaxınlarda tibbi savadlılığın müəyyən olunması üzrə Avropada aparılan tədqiqat müəyyən etdi ki, səkkiz Avropa ölkəsinin yetkin insanlarının demək olar yarısı tibbi savadlılığın kifayət qədər olmamasından əziyyət çəkir və bu da onların sağlamlıqlarına mənfi təsir göstərir.

Qeyd edilənləri nəzərə alaraq, ötən il İSİM tərəfindən ölkəmizdə ÜST-nin metodologiyasına əsasən Azərbaycan əhalisinin tibbi savadlılığını  müəyyən edən araşdırma apardı və tezliklə onun nəticələri geniş ictimaiyyətə təqdim olunacaq. 

Beləliklə,  Azərbaycan artıq M-POHL -HLS-19 təşəbbüsünün fəal üzvünə çevrilib.

Qeyd edək ki, İSİM həmçinin uşaqlarda piylənmə (COSI), məktəbyaşlı uşaqların davranışları (HBSC) və risk faktorları üzrə (STEPS) araşdırmalar aparan Avropa ölkələri sırasındadır.