Səhiyyə Nazirliyinin nümayəndələri Tbilisidə keçirilən beynəlxalq seminarda iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

11 MAY 2022

Səhiyyə Nazirliyinin nümayəndələri Tbilisidə keçirilən beynəlxalq seminarda iştirak etdilər

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri – Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov və İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev  9-11 may 2022-ci il tarixdə CATINCA layihəsi çərçivəsində Tbilisidə keçirilən “Xəstəliklərin yükü – ümumi anlayışlar” mövzusunda seminarda iştirak etdilər. Seminarın təşkilində məqsəd metodoloji bacarıqların formalaşdırılması, əhalinin sağlamlığının ümumi göstəricilərinin qiymətləndirilməsi üçün məlumat infrastrukturunun təkmilləşdirilməsi və səhiyyə siyasətinə uyğun səhiyyə informasiya sistemlərinin inkişafına töhfə verməkdir.

Qeyd edək ki, “CATINCA – Səhiyyə siyasətinin inkişafı üçün imkanlar və infrastrukturlar” təşəbbüsü Robert Kox İnstitutunun (Almaniya) Xəstəliklərin yükü üzrə işçi qrupu tərəfindən irəli sürülüb. Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən təsdiq edilmiş CATINCA layihəsinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə üç il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi səhiyyə məlumatlarının rəqəmsallaşdırılması və sübuta əsaslanan səhiyyə siyasətinin formalaşdırılmasında mövcud bərabərsizlikləri aradan qaldırmaq üçün Mərkəzi Asiya və Cənubi Qafqazı “Avropada Xəstəliklərin Yükü Şəbəkəsinə” (Burden-EU COST) daha da yaxınlaşdırmaqdır.