Daşkəsəndə tütünçəkmə və narkomaniyaya qarşı maarifləndirici təşviqat aksiyası oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

20 İYUN 2022

Daşkəsəndə tütünçəkmə və narkomaniyaya qarşı maarifləndirici təşviqat aksiyası oldu

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə əhali üçün maarifləndirici təşviqat aksiyası keçirildi. Yerli sakinlərin və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi tütünçəkmə və narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi idi.
26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən aksiya iştirakçılarına sağlam həyat tərzi seçmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edildi. Təşkilatçılar tərəfindən vurğulandı ki, narkotik maddələr tələdir, bu tələyə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda, iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verildi, onlara Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil tətbiqindən və tütündən imtina üzrə “Qaynar xətt”dən faydalanmaq tövsiyə olundu.
Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.