• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

6 APREL 2022

“Fiziki aktivlik və sağlam qidalanma” mövzusunda maarifləndirici tədbir keçirildi

6 aprel 2022-ci il tarixdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı ilə Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində sağlam həyat tərzi, fiziki aktivlik mövzusunda maarifləndirmə tədbiri təşkil olundu.

Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin direktoru Rəhilə Həsrətova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, sağlam qidalanma və fiziki aktivlik gənc nəslin inkişafında vacib rol oynayır. O, fiziki aktivlik mövzunda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusilə vurğuladı. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov fiziki aktivliyi təbliğ etmək, bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağın vacibliyini qeyd etdi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi  Gülnarə Cəfərova  çıxış edərək, sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti barədə ətraflı məlumat verdi, qeyri-sağlam qidalanmanın artıq çəkinin artmasına səbəb olduğunu, bunun da bilavasitə qeyri-infeksion xəstəliklərin yaranmasına təkan verdiyini nəzərə çatdırdı. O vurğuladı ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. Həmçinin sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin, gün ərzində televiziya və kompüter qarşısında keçirilən vaxtı 2 saatadək azaltmağın əhəmiyyətini nəzərə çatdırdı. Gənclərə gündəlik fiziki aktiv hərəkətlər etməyi tövsiyə edən Gülnarə Cəfərova  onlara aerobika, əzələ və sümükləri möhkəmləndirən hərəkətlər barədə məlumat verdi.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və sağlam həyat tərzinə dair faydalı tövsiyələr nəzərə çatdırıldı.

 

Şəkillərlə burada tanış olmaq olar.